Gəncə Dövlət Universitetinə yeni rektor təyin edilib

Arxiv foto

-
Prezident İlham Əliyevin sərəncamı ilə Yadigar Əliyev Gəncə Dövlət Universitetinin rektoru təyin olunub.

Y.Əliyev buna qədər Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı işləyib. Dilçi alim, türkoloqdur. Filologiya elmləri doktorudur.

Gəncə Dövlət Universitetinin əvvəlki rektoru Elman Məmmədov vəzifədən 2012-ci il noyabrın 8-də azad edilmişdi.