İraqda törədilmiş 2 partlayışda azı 4 nəfər ölüb

İraqın şimalındakı Talafar şəhərində törədilmiş partlayışda briqada generalı və onun azı 2 gözətçisi həlak olub.

İntiharçı özünü zabitin evi qarşısında partladıb.

Bundan az əvvəl isə Tuz-Xumatu şəhərində törədilmiş partlayışda yerli hakim ölüb, oğlu isə yaralanıb.
Hakimin maşınına bomba qoyulubmuş.

Son vaxtlar İraqda zorakılıqların artığı müşahidə olunur.

Sünnilər şiə hökumətindən təqib olunmalarına son qoyulmasını tələb edirlər.