Pakistanda törədilimiş partlayışda azı 10 adam ölüb

Foto arxiv

Pakistanın Hazara qəsəbəsdində törədilən partlayışda azı 10 adam ölüb.
Bu qəsəbə Kvetta şəhərinin ətrafında yerləşir və əhalisinin əksəriyyəti şiələrdir.

Yerli polisin nümayəndəsi Vazir Khan Nasirin sözlərinə görə, hədəf şiələr olub və partlayış uzaqdan idarə olunan qurğu ilə törədilib.

Ölü sayının artacağı istisna olunmur.