Kosovo müstəqilliyini qeyd edir

Foto arxiv

Kosovo Serbiyadan ayrılaraq müstəqil olmasının 5-ci ildönümünü qeyd edir.
Priştinada bu münasibətlə bayram tədbirləri keçirilir.

Hazırda Kosovo Avropanın ən yoxsul ölkələrindən biridir.
Əhalisinin 1/3-dən çoxu günə 1 dollardan da az vəsaitə dolanır.
İşsizliyin səviyyəsi 40 faizə çatıb.

Kosovonun müstəqilliyini BMT-nin üzvü olan 193 ölkədən 98-i tanıyır.

Serbiya onun müstəqilliyini tanımır.