Suriyada ağır döyüşlər gedir

Foto arxiv

Suriyanın şimalında hökumət və müxalifət qüvvələri arasında ağır döyüşlər gedir.

Fəalların məlumatına görə, hökumət qüoşunları Hələb şəhərindəki beynəlxalq hava limanı və hərbi bazanın yaxınlığında atəşə düşüblər.

Həmçinin yaraqlıların şəhərin şərqindəki başqa bir hərbi baza və Colan yüksəkliyi, İsrail sərhəddinin yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə hücum etdikləri xəbər verilir.

İsrail hərbçiləri yaralanmış 7 suriya əsgərinin hospitala götürüldüyünü deyirlər.

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay bu arada bəyan edib ki, Suriya prezidenti Bashar Assad hərbi cinayətkarlığa görə məsuliyyətə cəlb edilməlidir və beynəlxalq aləm mümkün hərbi müdaxilə də daxil olmaqla təcili tədbirlər görməlidir.