Azərbaycanda yaranan yeni hərəkatın təsisçilərindən biri, politoloq Ərəstun Oruclu bunu zəruri edən səbəblərdən və hərəkatın məqsədləri barədə suallara cavab verir.
-
http://www.youtube.com/embed/aNp8iDpU7as
«Hərəkatı yaradan mən deyiləm. Ümumiyyətlə, bir nəfər hərəkat yarada bilməz. Mən təsisçilərdən biriyəm. Heç birincisi də deyiləm. Bu təşəbbüs ilk növbədə bir qrup gəncdən gəlib. Həmin gənclər öz aralarında məsləhətləşiblər, danışıblar. Mən İctimai Palatanı tərk edəndən sonra onlar belə qərara gəliblər ki, mənə müraciət etsinlər. Konkret olaraq Gənclər Klubunun fəalı Zaur Əkbər tərəfindən müraciət olundu. Mən ötən ilin oktyabr ayında gənclərlə görüşdüm və təklifi qəbul etdim. Mən onların ideyalarını dinlədikdən sonra başa düşdüm ki, bu, artıq yeni bir ideyadır. Həmin dövrdən başlayaraq bu 3 ay müddətində biz mütəmadi görüşlər keçirərək ölkədə baş verən prosesləri müzakirə etməklə yanaşı, həm də proqram sənədi üzərində işləmişik. Yaxın iki həftə ərzində bu sənəd ictimai müzakirə üçün açıqlanacaq…».
«Biz qərara gəlmişik ki, fərdi təsisçilik olsun. Bu insanların 70 faizi gənclərdir. Bu, sevindiricidir. Bütün qərarlar kollegial olaraq veriləcək. Mən bu hərəkatın lideri yox, təsisçilərindən biriyəm…».
«Bizim hərəkat yaratmağımız barədə məlumat Rüstəm İbrahimbəyovun yeni hərəkat yaranacağı barədə açıqlamasından 2 ay əvvəl mətbuatda gedib. Bunu həmin hərəkata alternativ hesab etmək olmaz. Rüstəm İbrahimbəyovun dediyi hərəkat da bizim hərəkat deyil. Nə qədər çox siyasi təşkilat, hərəkat, partiya yaranırsa, bu, siyasi plüralizmi təmin edən amillərdir…».
«Artıq biz başqalarının fəaliyyətinə qiymət vermək istəyində deyilik. Hər kəs öz proqramlarına, məramlarına, məqsədlərinə uyğun olaraq fəaliyyətini göstərir. Biz də cəhd edəcəyik ictimai siyasi həyatda öz yerimizi tutaq…».
«İstənilən bir ictimai-siyasi hərəkat meydana gəlirsə və onun mövcud reallıqdan fərqli platforması, yanaşması varsa, təbii ki, bunu reallaşdırmanın yeganə yolu hakimiyyətdir. Bəzi siyasi qurumlar deyir ki, biz hakimiyyətə gəlmək istəmirik. Hakimiyyətə gəlmək istəmirsinizsə, onda siyasətdə nə gəzirsiniz? Biz açıq deyirik ki, hədəfimiz budur. Birinci güclü hərəkat formalaşdırmaq, ölkədəki ictimai-siyasi mühitə təsir etmək və o mühiti məcbur etmək ki, seçki demokratiya amili ilə hesablaşsın. Bunu edə biləcəyiksə, şanslıyıq. Edə bilməyəcəyiksə, deməli, sıradan bir qurum olacağıq…».