Ünvanlı sosial yardım qanununa dəyişiklik layihəsi hazırlanıb

-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Ünvanlı dövlət sosial yardımı haqqında» qanuna dəyişikliklər layihəsi hazırlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihədə aztəminatlı ailələrə şəxsi təsərrüfatlarını yaratmaları üçün birdəfəlik ünvanlı sosial yardım proqramının icrası nəzərdə tutulur.

Qanun layihəsində ailə tərkibi və əmlak vəziyyətində ünvanlı yardım almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilməyən ailələrə bu yardımların təyinat müddətinin iki, yaxud daha uzun müddətə uzadılması əksini tapıb:

«Bu dəyişiklik həmin vətəndaşların təkrarən ünvanlı yardım üçün hər il yenidən sənədlər toplamadan uzunmüddətli yardımla təmin edilmələrinə şərait yaradacaq».