Azərbaycan məhkəməsi 3000 manat ovunda - [Video]

Turqut Qəmbərin cəriməsini atasından almaq istəyirlər. Məhkəmə icraçılarıın İsa Qəmbərin mənzilində apardığı siyahıyalma işi Facebookda müzakirə olunan əsas mövzulardan biridir.
-

Facebook-dan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz

-
http://www.youtube.com/embed/GcQ857grU5s

Turqut Qəmbərin cəriməsini atasından almaq istəyirlər.

Məhkəmə icraçılarının İsa Qəmbərin mənzilində apardığı əşyaların siyahıyalma işi Facebookda geniş müzakirələrə səbəb olub

Müsavat başqanı İsa Qəmbər Azadlıq FM-də baş verənlərlə bağlı sualları cavabandırıb.

İsa Qəmbər oğlunun cəriməsinə cavabdehdirmi? Facebookda əmlakı ilə bağlı yazılanlar barədə o, nə düşünür?

İsa Qəmbərin canlı efirdə səsləndirdiyi bəzi fikirlər:
- Hakimiyyətin qanunsuz hərəkətlərini gözləyirdik. Aksiyada iştirakına görə, xeyli şəxsi cərimə edilib. Biz bu qərarı qanunsuz qərar hesab edirik.
- Mənim iki oğlum da işsizdir. Siyasi hakimiyyətin qadağalarına görə, mənim övladlarım işsiz qalıblar. Hətta xarici şirkətlər belə ehtiyat edirlər mənim övladlarımı işə götürməyə...
- Faktiki olaraq Turqut evə gəlir gətirmir, amma onun cəriməsini mənim mülkümə yönləndiriblər... Bu konstitutsiyanın, qanunun pozulmasıdır.
- Xalq, cəmiyyət indiki vəziyyətdən narazıdır. Ola bilər hakimiyyət indi prosesləri zəiflədə bilər. Amma xalqın haqlı tələbləri artır və bunun qarşısını almaq çox çətin olacaq...
- Hakimiyyət iş tapa bilməyən müxalif gəncləri cərimə etməklə onları qorxutmaq istəyir. Amma bu gənclərin mübarizə əzmini sındırmaq mümkün olmayacaq.
- Hər bir valideyn öz övladına görə, hüquqi olmasa da mənəvi məsuliyyət daşıyır...
- Mən cəmi bir dəfə prezident seçkilərində iştirak etmişəm, 2003-cü ildə. Onda da qələbə qazanmışam. Bu ilki prezident seçkilərində də iştirak etmək əzmindəyəm.

Verlişi tam dinləmək üçün: