Deputatlar Çinə gedir

-
Bu ilin aprelində Milli Məclisin nümayəndə heyəti Çinə gedəcək.

Bunu jurnalistlərlə söhbətdə Çinin Azərbaycandakı səfiri Hong Jiuyin deyib.

Nümayəndə heyətinə parlamentin vitse-spikeri Ziyafət Əsgərov başçılıq etməlidir.

Səfir onu da deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Ötən il bu rəqəm 120 milyon dollar olub.