Bolqarıstan parlamenti hökumətin istefasını qəbul edib

Boyko Borisov

Bolqarıstan parlamenti baş nazir Boyko Borisov və hökumətin istefasını qəbul edib.

Boiko Borisov dünən, səlahiyyətlərinin bitməsinə 5 ay qalmış istefa verib.
Buna səbəb bir neçə gün ölkədə davam edən etiraz aksiyaları və hərc-mərclik olub.

Aksiyaçılar elektrik enerjisininbahalaşması və həyat səviyyəsinin aşağı olmasına etiraz bildiriblər.

Apreldə ölkədə yeni parlament seçkisi keçiriləcək.