Yaponiyada 3 məhbus edam edilib

Yaponiyada ölümə məhkum edilmiş 3 məhbus asılıb.
Onlar qətlə görə məhkum edilmişdilər.

Bu yeni liberal-demokrat baş nazir Shinzo Abenin dekabrda hakimiyyətə gəlməsindən sonra ilk edamdır.

Amnesty International təşkilatı hökmün icrasını pisləyib.

Yaponiya ölüm hökmünün mövcud olduğu inkişaf etmiş ölkələrdən biridir.
Hazırda ölkədə ölümə məhkum edilmiş 130-dan çox məhbus var.