Brüsseldə etiraz nümayişi keçirilib

Bu gün Brüsseldə kəskin iqtisadi tədbirlər paketinə qarşı 30 minlik etiraz aksiyası keçirilib.

Aksiyanı 3 iri həmkarlar ittifaqı təşkil edib.

Aksiyaçılar əməkhaqları və sosial təzminatların dondurulması, habelə minimum əmık haqqına etiraz bildiriblər.

Həmkarlar ittifaqları tətilə çağırmasalar da ictimai nəqliyatın hərəkətində pozuntular olub.