Çexiya hökuməti Kilsəyə 3,1 milyard dollar ödəyəcək

Foto arxiv

Çexiya hökuməti 16 kilsə və dini təşkilatın nümayəndələri ilə keçmiş kommunist rejimi dövründə dəymiş ziyana görə onlara böyük məbləğdə kompensasiya ödənilməsi barədə razılaşma imzalayıb.

Baş nazir Peter Necas imza mərasimindən sonra bunun “ədalətlilik aktı” olduğunu bəyan edib.

Razılaşmaya əsasən Çexiya hökuməti növbəti 30 il ərzində kilsəyə 3,1 milyard dollar kompensasiya ödəyəcək.