Həftənin fotopanoramı (25 fevral- 3 mart)

Xizək sürənlər Alp dağlarında

Prezident Obama ABŞ büdcəsinin 85 milyard dollar ixtisar edilməsi haqda fərman imzaladı

Ermənistanda müxalifət lideri Raffi Hovanisianın seçicilərlə görüşü

Makedoniyanın Monospitovo kəndində bir nəfər iti ilə birgə bir qəbirin üstündən o birinə atlanaraq, su basmış qəbiristanlıqdan çıxmağa çalışır

Yaponiyalı Misao Okawa dünyanın ən yaşlı qadını (114 yaş) kimi Guinness-in Rekordlar Kitabının sertifikatını alır

Vatikanda dindarlar Roma papası XVI Benedict-in son həftəlik çıxışına qulaq asmağa toplaşıb

Bakıda Xocalı faciəsinin 21-ci ildönümü qeyd edilib. 

Mütəxəssislər Şimal Buzlu Okeanına üzən dəniz filinin başına ötürücü keçirib, onun vasitəsilə suyun dərinliklərinin xüsusiyyətlərini öyrənməyə çalışır

Hindistanda mühacirətdə olan tibetlilər Dalai Lama (sağ), sonuncu Panchen Lama (ortada) və Hindistanın müstəqillik ikonası hesab olunan Mahatma Gandhi-nin (sol) şəkillərini tutub

Amerika Kino Akademiyasının 85-ci Oscar Mükafatı sahiblərinə verilib. Mərasimdə ən yaxşı film seçilən Argo-un rejissoru Ben Affleck səhnədə çıxış edərkən

Bəhreyndə etiraz aksiyalarına Molotov kokteyli aparan gənclər hakimiyyətin istefasını tələb edirlər