85-ci Oscar

Jennifer Lawrence

Amerika Kino Akademiyasının 85-ci Oscar Mükafatları verilib. Mərasim Los Angelsdə Dolby Teatrında keçirilib.

Ən Yaxşı Film: Argo. Rejissor – Ben Affleck.
Bu film İranda girov böhranı barədədir. Real hadisələrə əsaslanır. 1979-cu ildə İranda ABŞ səfirliyini tutanda bir qrup Amerika diplomatı qaçıb Kanada səfirlinin iqəmətgahında gizlənmişdi.

Ən yaxşı film mükafatının verilməsini Ağ Evdən canlı video ilə mərasimə qatılan birinci ledi Michelle Obama elan edib:

"Oscar ... Argo filminə gedir. Təbriklər."

Ən yaxşı kişi aktyoru: Daniel Day-Lewis –Lincoln filmi. Filmin rejissoru Spielbergdir.


Daniel Day-Lewis

Daniel Day-Lewis tarixdə ilk aktyor oldu ki, aparıcı rolda 3 dəfə ən yaxşı aktyor kimi Oscar alır.

Ən yaxşı qadın aktrisası: Jennifer Lawrence –Silver Linings Playbook.
Jennifer Lawrence-in 22 yaşı var.

Ən yaxşı rejissor: Tayvanlı rejissor Ang Lee – Life of Pi

Ən yaxşı ssenari: Django Unchained – Quentin Tarantino