Saatlıda dağıdılan qəbiristanlıqla bağlı cinayəti işi açılıb

Arxiv foto

-
Musalı kənd qəbiristanlığında 81 qəbir daşını dağıtmaqda şübhəli bilinən iki nəfər saxlanıb.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib:

«Hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Ədalət Məmmədov və Nəsimi Əliyev saxlanıblar. İstintaqın gedişində hadisənin başvermə səbəbləri və xüsusatlara aydınlıq gətiriləcək».

Fakt üzrə Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə cinayət işi başlanıb.