«Azadlıq» qəzetinin saytına hücum olduğu bildirilir

Fevralın 26-sı gecə saatlarında «Azadlıq» qəzetinin internet səhifəsinə haker hücumu olub.

«Azadlıq» qəzetinin redaktoru Rahim Hacıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, nəticədə azadlıq.info saytının məlumat bazası dağıdılıb.

Hazırda sayt işləmir.

Rahim Hacıyev bildirib ki, hücumun nəticələrini aradan qaldırmaq üçün işlər gedir.