Su çərşənbəsidir

Fevralın 26-si Novruz çərşənbələrdən birincisi – Su çərşənbəsidir. Təbiətin oyanmasına təkan verən əsas qüvvə su olduğundan ilk çərşənbə su ilə bağlıdır.

Sonra Od, Külək (Hava, Yel), Torpaq çərşənbələri gələcək. Martın 19-u axır çərşənbə olacaq.

Azərbaycana bahar isə martın 20-si saat 15:02-də gələcək.