Avropa Məhkəməsi azərbaycanlı köçkünlərin Ermənistana qarşı iddiasına baxır

Avropa Məhkəməsi bu il azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə qərar qəbul edə bilər.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O qeyd edib ki, Dağlıq Qarabağdan olan bir qrup azərbaycanlı məcburi köçkünün iddiası üzrə işə baxılması gözlənilir və belə halda biz yenidən dəlillər təqdim edəcəyik