AXCP-nin Saatlı rayon şöbəsinin sədri polisə çağırılır

Fevralın 28-də AXCP-nin Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli polis şöbəsinə çağırılıb. Onu polisdə 3 saat sorğu-sual ediblər.

Bu haqda AzadlıqRadiosuna Şamil Hacıbəyli məlumat verib.

Ona deyiblər ki, rayon sakinləri polisə zəng edib. Onu ictimai-siyasi vəziyyəti pozmaqda, kütləvi iğtişaşlara çağırmaqda günahlandırıblar:

«Mən dedim ki, heç vaxt belə çağırışlar etməmişəm, bunlar böhtandır».

Şamil Hacıbəyli deyib ki, martın 3-də AXCP Saatlı rayon şöbəsi məclisinin genişləndirilmiş iclasının keçirilməsi nəzərdə tutulur. Polis də buna görə narahatdır.