Güntay Gəncalpdan yeni roman

-

"Qanun" nəşriyyatı İran Azərbaycanından olan yazıçı-publisist Güntay Gəncalpın yeni romanını çap edib.

"Yolatayın xatirələri" adlanan romanda İranın, o cümlədən İran Azərbaycanının son əlli illik tarixi gerçəkləri əks olunub.

Romanda həm Pəhləvi, həm İslam Cümhuriyyəti dönəmlərində insanların qarşılaşdıqları ictimai-siyasi çətinliklər incələnir.

Romantik səhnələri ehtiva edən əsər despot rejimlərə qarşı insanların mübarizəsini və onların başına gələn fələkətləri açıqlamaqdadır.