-
Fevralın 28-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda «Azadlıq» qəzetinin redaktoru Rəhim Hacıbəyli Bakıdakı diplomatik korpus təmsilçiləri ilə görüşüb.
Görüşdə ABŞ, Böyük Britaniya, Norveç, Hollandiya, Almaniya səfirliklərinin, ATƏT-in, Avropa Birliyinin nümayəndələri iştirak edib.
Məlumatı AzadlıqRadiosuna Rahim Hacıbəyli verib.
Rahim Hacıbəyli «Azadlıq» qəzetinə qarşı olan məhkəmə iddiaları və qəzet əməkdaşlarının qohumlarının təqib olunmasından danışıb. Deyib ki, bunlar hakimiyyəti tənqid edən materialların dərc edilməməsi üçün edilir:
«İsmayıllı hadisələrindən sonra qəzetə qarşı təzyiqlərin artdığını, qəzet əməkdaşlarının qohumlarının həbs edildiyini, onlara təzyiqlər edildiyini də bildirdim».
«Azadlıq» qəzetinin redaktoru qəzetin hesabına həbs qoyulacağının real olduğunu da deyib.