Hələbdə ağır döyüşlər gedir

Foto arxiv

Suriyanın Homs şəhərində maşının partladılması nəticəsində 1 nəfər ölüb,onlarla adam yaralanıb.

Bu barədə Suriyanın rəsmi informasiya vasitələri xəbər verir.

Hələbdə isə üsyançıların qədim məsçidlərdən birini ələ keçirdikləri bildirilir.
Hazırda şəhər və onun ətraflarında döyüşlər gedir.

BMT 2 ilə yaxındır ki, davam edən Suriya münaqişəsində azı 70 min adamın öldüyünü bildirir.

Bu gün Romada “Suriyanın dostları” qrupunun görüşü keçirilib.
ABŞ Suriya müxalifətinə təcili yardım ayıracağını vəd edib.