«Sərhədsiz Reportyorlar» «Azadlıq» qəzetinə təzyiqləri pisləyir

Azadlıq Qəzetinin redaksiyası

-
«Sərhədsiz Reportyorlar» «Azadlıq» qəzetinin bağlanma təhlükəsi ilə əlaqədar bəyanat yayıb.
Təşkilat qəzetə olan basqıları açıq-aşkar siyasi motivli hesab edir.

«Bütün addımlar «Azadlıq» qəzetinin məhvinə yönəlib. Bu isə Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq müqavilələrə və qoşulduğu Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına ziddir»- deyə sənəddə qeyd olunub.
Həmçinin qeyd edilir ki, «mediyanın nəzarətdə olduğu bir ölkədə «Azadlıq» qəzetinin bağlanmasının ciddi nəticələri olacaq. Beynəlxalq ictimaiyyət bilməlidir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində olan bu hadisə qəbuledilməzidir».