- http://www.youtube.com/embed/O0HB0gUP6Iw
Dərslik
Facebook-dan birbaşa şərh yaz
Amerikanın və cazibə qüvvəsinin kəşfində Azərbaycan elminin də rolu olub.
Balaca Mehriban bilməlidir ki, Heydər Əliyevin qüdrəti sayəsində Azərbayan çiçəklənən ölkəyə çevrilib.
Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir orta məktəb dərsliyinə salınıb.
Orta məktəb dərsliklərini tərtib edənlər nəyə istinad edirlər: elmi faktlarla ideologiyanın daha nəyi tədris etdiyi martın 4-ü saat axşam saat 7-də Azadlıq FM-də müzakirə etmişik:

Təhsil eksperti Nabatəli Qulamov:
- Azərbaycan dərslikləri iddia edir ki, Amerikanın kəşfində Azərbaycan elminin rolu var. Sual meydana çıxır, əgər Amerikanın kəşfində Azərbaycan elminin rolu varsa bəs niyə biz geridə qalmışıq? Mən düşünürəm ki, bu saxta vətənpərvərlikdir.
- Təhsil Nazirliyinin ideoloji şöbəsi dərsliklərdə Heydər Əliyevlə bağlı təbliğat aparır. Demək olar ki, bütün dərsliklərdə Heydər Əliyevlə bağlı hissələr var.
- Azərbaycanda təhsil düzgün istiqamətdə deyil.
- Dərsliklərə Heydər Əliyevlə bağlı mətnlərin salınmasını Prezident Aparatından sifariş verirlər.

Azadlıq FM
-
*Radioda - Dinlə
* Youtubeda- İzlə
* Facebookda - Müzakirə et
İbtidai sinif müəllimi Rəna Ağayeva:
- Mən Heydər Əliyevlə bağlı dərslikdə olan mətnləri uşaqlara fəxrlə keçdim. Uşaqlar da Heydər Əliyevlə bağlı təqdimatlar hazırladılar... Sovet vaxtında biz Leninlə bağlı şeirlər, mətnlər öyrənirdik. İndisə Heydər Əliyevi uşaqlara öyrədirik, sevdiririk.
- Biz Sovet ideologiyasını tam pisləyə bilmərik... Sovet zamanı Heydər Əliyevin xeyli işləri olub. Onları da uşaqlara öyrədirik. İbtidai sinifdə hər il Heydər Əliyevlə bağlı yeni dərslər olur. Düzdür, dərslikdə bəzi problem, razı olmadığım məqam var. Məsələn, dərslikdə yazıblar ki, Heydər Əliyevin kəlamları... Amma kəlam daha çox peyğəmbərlərə aiddir. Yaxşı olardı ki, dərslikdə “kəlamlar” sözünü aforizmlərlə əvəzləyirdilər.
- Məktəbdə uşaqlar M. Ə. Rəsulzadə, Nəriman Nərimanov haqda da öyrənməlidirlər. Dərslikdə şəxsiyyət
Professor Şahlar Əsgərov:
- Amerikanın kəşf edilməsində Nəsrəddin Tusinin rolu olduğuna inanmıram. Tarix kitablarına belə faktlar düşməməlidir. Tarix kitabına heç kim tərəfindən inkar edilməyən faktlar düşməlidir. Biz dərsliklərdə uşaqlara 100 faiz həqiqət olan materialları öyrətməliyik.
Əlövsət Osmanlı:
- Ehtimalları, gümanları dərsliyə daxil etmək olmaz. Məsələn, 7-ci sinifdə tədris olunan Həndəsə dərsliyinə baxaq. Orada bir Tusi Pash adlı aksiyom var. Dünyada belə bir aksiyom yoxdur. Amma Azərbaycan dərsliyinə belə bir şey salıblar. Belə səhvlərə yol vermək olmaz. Özü də həmin dərsliyin müəllifi nazir Misir Mərdanovdur. Əgər nazir Misir Mərdanov belə elmi saxtakarlıq edirsə, başqalarını qınamaq olmaz...