Moskvalılar uşaqların müdafiəsinə qalxıb

Moskvada ywrw.

Moskvada “Uşaqların müdafiəsi” adı altında keçirilən yürüş başa çatıb.

Polisin məlumatına görə aksiyada 12 minə yaxın adam iştirak edib ki, onların əksəriyyəti 40-50 yaşlı qadınlar olub.

Aksiyaçılar rusiyalı uşaqların xaricilərə övladlığa verilməsinə etiraz ediblər.
Onların əksəriyyəti “Kiril biz səninləyik” sözləri yazılmış lent bağlayıb.

Kiril bu yaxınlarda ABŞ-da ölən Maksim Kuzminin qardaşıdır.
Onların ikisini də bir amerikalı ailə övladlığa götürüb.
Aksiya ərəfəsində 2 fəal saxlanıb.

Onlardan biri Ekatrina Maldon əlində “Əclafların yürüşü” sözləri yazılmış plakat qaldırıbmış.