Forbes jurnalının 2013-cü il milyarderlər siyahısı çıxdı

Forbes logo, undated

Forbes jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını hazırlayıb. Birinci yerdə yenə meksikalı
Carlos Slimdir. 73 yaşlı Slimin 73 milyard dollarlıq var-dövləti var.
İkinci yerdə 57 yaşlı Bill Gatesdir- 67 milyard.
üçüncü yerdə Amancio Ortegadır- 57 milyard.

Zara paltar satışı şəbəkəsinin sahibi Ortega bir ildə ən çox qazanan adamdır – o, bir ilə 19,5 milyard qazanıb.

Forbes jurnalının 2013-cü il milyarderləri siyahısında 1426 adamın adı var. Keçən illə müqayisədə 210 adam milyarder olub.

Rusiyada 110 milyarder var. Lukoil neft şirkətinin prezidenti Vaqit Ələkbərov dünyada 55-ci yerdədir.
Aras Ağalarov 1,8 milyardla 831-ci yerdədir.
227 gəmisi olan Palmalı şirkətinin sahibi, azərbaycanlı ilş adamı Mübariz Qurbanoğlu Türkiyə milyarderləri sırasındadır. Onun var-dövlətini Forbes 1,2 milyard dollar qiymətləndirir.
Mübariz Qurbanoğlu 1175-ci yerdədir.