Gürcüstanın şərab zavodları Rusiyadan bazar istəyir

Foto arxiv

Gürcüstanın 40-a yaxın şərab zavodu məhsullarını Rusiya bazarlarına çıxarmaq üçün Moskvaya rəsmi müraciət göndəriblər.

Bunu Gürcüstan Milli Şərab Agentliyinin direktoru Levan Davitashvili Tbilisidə jurnalistlərə açıqlamasında deyib.

Rusiya 2006-cı ildə keyfiyyət məsələsini əsas gətirərək Gürcüstandan mineral su və şərab idxalına qadağa qoyub.

Tbilisi 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsinə görə Rusiya ilə diplomatik əlaqələri dondurmuşdu.

Yeni İvanishvili hökuməti Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışır və bu günlərdə Praqada tərəflər arasında görüş də keçirilib.