Tofiq Yaqublunun məhkəmə prosesi təxirə salınıb

Martın 14-də Nəsimi rayon məhkəməsində keçirilməli olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun məhkəmə prosesi təxirə salınıb.

Məhkəmə martın 18-də saat 12-yə təyin edilib. Məhkəmədə T. Yaqublu haqqında seçilən həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxılacaqdı.

Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs edilib. O, iğtişaşlara təhrik çağırışlarında ittiham olunub. Məhkəmənin qərarı ilə iki ay müddətinə azadlıqdan məhrum edilib.