Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Jurnalistika və Media Menecment fakültəsində magistr təhsili alan bir qrup azərbaycanlı tələbə ADR-in qurucusu Məmməd Əmin Rəsulzadənin Tbilisidə abidəsinin ucaldılması məqsədilə Gürcüstan prezidenti, baş naziri, həmçinin aidiyyəti qurumlara, eyni zamanda bu ölkədəki azərbaycanlı ictimai-siyasi fəallara müraciət hazırlayıb.
Bu barədə GİPA-da təhsil alan Cəsur Məmmədov məlumat verib.
Müraciətdə Tbilisi şəhərində M. Ə. Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə qoyulması arzusu əksini tapıb. Müraciət müəllifləri qarşıdakı dövrdə Tbilisi şəhərində ADR-in qurucusunun abidəsinin ucalacağına ümid etdiklərini bildiriblər.
Müraciətin gələn həftə göndərilməsi nəzərdə tutulur.