-
Martın 14-də Nəsimi rayon Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov haqqında həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Bu haqda AzadlıqRadiosuna İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib:
«İstintaq hesab etdi ki, İlqar Məmmədov qaçıb gizlənər, istintaqın gedişə mane olar. Əslində istintaq heç bir sübut təqdim edə bilmir. Mülahizələrinin də əsassız olduğunu göstərir».
İlqar Məmmədov CM-nin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət) maddəsi ilə ittiham olunur.
O, yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.