«Yarımçıq əlyazma» romanı qazax dilində çıxıb

Yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı ABŞ, Rusiya, Fransa, Braziliya, Türkiyə, Misir və s. ölkələrdən sonra bu günlərdə Qazaxıstanda da işıq üzü görüb.

Kamalabdulla.az saytında yer alan xəbərə görə, əsər «Müasir nəsr dünyası» seriyasından «Qlasir» nəşriyyatında nəfis tərtibatla çap olunub.

Giriş və ön sözün müəllifləri Beynəlxalq Türk Akademiyasının birinci vitse-prezidenti akademik D.Nur-Ahmet və məşhur rus tənqidçi-ədəbiyyatşünası L.Anninskidir.

Romanı qazax dilinə Kalimaş Baqalinova tərcümə edib.