-
Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti gözləniləndir və bu barədə öncədən xəbər verilib.
Bu barədə apa-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib:
«Səhər və axşam saatlarında ölkə ərazində dumanlı hava şəraiti müşahidə olunur ki, bu da mart ayı üçün xarakterikdir. Dumanlı hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Belə ki, sabah və martın 18-də gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı ehtimalı var».