Bakıda üç maşın toqquşub

-
Martın 17-də gecə saatlarında Bakının Xətai rayonunda “Mercedes”, “DODGE” və yol kənarında dayanmış “Toyoto” markalı minik avtomobilləri toqquşub.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəlib. “Mercedes” markalı maşının sürücüsü hadisə yerində ölüb. Xilasedicilər xüsusi avadanlıqlarla sürücünün meyitini maşından çıxarıb.
Əməliyyat saat 23:26-da başa çatıb.
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.