İraqın Hələbcə şəhərində kimyəvi hücum xatırlanır

-
İraqın Hələbcə şəhərinin sakinləri bu şəhərə kimyəvi silahlarla hücumun 25-ci ildönümünü qeyd ediblər. Şəhər sakinləri əllərində ölmüş yaxınlarının şəkilləri ilə küçələrə çıxıblar.
Səddam Hüseyn rejimi dövründə 1986-1988-ci illər arasında İraqın şimalındakı kürdlərə qarşı geniş hücumlar olub. 1988-ci il martın 16-da Hələbcəyə zəhərli qazlarla hücumlar edilib.
Həmin vaxt 5 mindən artıq adam ölmüşdü, 7 minə yaxın adam yaralanmışdı.
Əməliyyatı “Kimyagər Əli” adı ilə tanınan Ali Hasan al-Macid törətmişdi. O, 2010-cu ildə edam olunub.