Bağdaddakı partlayışlara görə cavabdehliyi “ İraq İslam Dövləti” qrupu üzərinə götürüb

Foto arxiv

Cümə axşamı Bağdadda, ədliyyə nazirliyinin ətrafında törədilən partlayışlar və hücuma görə cavabdehliyi əl Qaidə ilə əlbir olan “ İraq İslam Dövləti” qrupu üzərinə götürüb.

Bu hücum nəticəsində azı 25 nəfər ölüb, onlarla adam yaralanıb.

Yaraqlılar İraqdakı şiə hökumətini sünnilərə qarşı ayrı-seçkilikdə günahlandırırlar.

Martın 20-də İraqa hərbi müdaxilənin 10 ili tamam olur.