Bir suala cavab ver - iPod qazan! (Ötən həftənin sualına cavab: "Atalar və oğullar")

iPod Shuffle

-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı romandandı?

"Əgər bu söhbətə doğrudan da qulaq asmaq fikriniz varsa, onda yəqin birinci onu bilmək istəyəcəksiz ki, mən harda doğulmuşam, miskin uşaqlığım harda keçib, mən doğulana qədər atam-anam nəylə məşğul olublar, yəni ki bütün bu devidkopperfildvari zir-zibilin hamısını bilmək istəyəcəksiz. Amma əgər fikriniz həqiqəti öyrənməkdisə, bəri başdan deyim ki, dərinə getməyə həvəsim-filanım yoxdu.Bu həm darıxıdırıcı olar, həm də ki əgər valideynlərimin şəxsi işlərinə aid nəyisə ağzımdan qaçırsam, hərəsi azı iki dəfə infarkt keçirər. Bundan zəhlələri gedir, əsas da atamın..."

Cavabınızı martın 25-ə qədər (martın 25-i də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasında bundan əvvəl elan edilmiş suala düzgün cavabsa belədir:

İvan Turgenevin "Atalar və oğullar" romanı

26 düzgün cavab göndfərilib.

Püşkatma nəticəsində qalib 158 saylı məktəbin müəlliməsi Elmira Əliyeva olub.

Göndərilmiş digər cavab variantları:

F.Dostoyevski "Karamazov qardaşları",
Yusif Vəzir Çəmənzəminli "Studentlər" və s.


Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız hələ 8 həftə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorniada iştirak edə bilməz).