Bakıda anti-terrorizm konfransı keçirilir

Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfrans başlayıb.

AzərTACın məlumatına görə, konfransın təşkilatçısı BMT, Azərbaycan hökuməti və İSESCO-dur.

Konfransın açılışında Azərbaycan prezidenti İlham Əliyev, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış ediblər.

Konfransda 50 ölkədən və 20 beynəlxalq təşkilatdan nümayəndələr iştirak edir.
Beynəlxalq konfrans martın 19-da başa çatacaq.