Bağdadda törədilən partlayışlarda azı 50 nəfər ölüb

Foto arxiv

Bu gün Bağdad və onun ətrafında törədilmiş partlayışlarda azı 50 nəfər ölüb, 160-a yaxın adam yaralanıb.

Partlayışlar İraqa xarici hərbi müdaxilənin 10 illiyinə təsadüf edir.

Bağdadın şiə məhəllələrində 2 minalanmış maşın partladılıb.
Şəhərin ətrafında isə intiharçı maşınla polis bazasının həyətəinə soxulub.

Keçmiş dikdator Saddam Husein rejiminin devrilməsindən sonra ölkədə vəziyyət təhlükəli olaraq qalır.