“Fukusimo-Daiçi” stansiyasında yenidən nasazlıq yaranıb

Japan -- Fukushima Dai-ichi

Yaponiyadakı “Fukusimo-Daiçi” atom elektrik stansiyasının yanacaq anbarındakı soyutma sistemində yenidən nasazlıq yaranıb.

Bir neçə anbar bir neçə saat susuz qalıb ki, bundan soyutma sistemində istifadə olunur.

Buna səbəb bazar ertəsi axşam elektrik enerjisinin kısilməsi olub.

Stansiyanı idarə edən TEPCO şirkəti hazırda anbarlarda tempuraturun normada olduğunu bəyan edib.
Şirkətdən bildirilib ki, anbarlar hələ 4 gün də susuz qala bilər.

2011-ci ildə zəlzələ və bunun ardınca baş verən sunami nəticəsində stansiyada böyük qəza baş verdi ki, Çernobldan sonra ən böyük qəza hesab olunur.