Elmar Məmmədyarov Qazaxıstanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Amangəldi Jumayevi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Amangəldi Jumayevi Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə enerji, nəqliyyat və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.