Bakıda dəm qazından 1 ailənin 3 üzvü ölüb

Foto arxiv

Bakıda dəm qazından bir ailənin 3 üzvü ölüb.
Bu barədə APA agentliyi Binəqədi rayon Polis İdarəsinə istinadla xəbər verir.

Hadisə martın 19-da Binəqədi rayonu, 7-ci mikrorayon 126-cı məhəllədəki yeni tikilidə qeydə alınıb.
Nəticədə Səbinə Abdullayeva, onun qızı, Arzu Abdullayeva və bacısı, Kəbirə Həsənova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.