Jean-Paul Sartre-dan avtobioqrafik “Sözlər"

-

"Qanun" nəşriyyatı fransız yazıçısı və filosofu Jan Pol Sartrın “Sözlər” povestini Azərbaycan dilində çap edib.

Çimnaz Vəliyevanın orijinaldan çevirdiyi kitab avtobioqrafik əsərdir.

Əsərdə müəllifin uşaqlıq çağları zəngin bədii boyalarla təsvir olunub. İki hissədən ibarət olan povestin “Oxumaq” adlı birinci bölümündə müəllifin lap balaca vaxtlarından kitablarla tanışlığından, “Yazmaq” başlıqlı ikinci bölümündəsə ilk qələm təcrübəsindən bəhs edilir. Sartr həyatının bu dövrü haqqında sadəcə memuar janrının tələbləri çərçivəsində söhbət açmır.

Əslində “Sözlər” həmin dövrün Fransası, ordakı ictimai-siyasi reallıqlar, insanlar barədə bitkin təsəvvür yaradan, sərt real təsvirlər və ironiyalarla zəngin bədii bir əsərdir. Müəllif özünün ilkin yazı vərdişlərinə yiyələndiyi vaxtlarda keçirtdiyi hisslərdən, yaşadığı fantaziya və illüziyalardan, eləcə də ailə üzvlərinin, doğmalarının xarakter və rəftarından bəhs edərkən də eyni sərt üslubdan istifadə edir.