Əfqanıstanda rayon rəhbəri öldürülüb

Əfqanıstanın şimalında yerli rayon rəhbəri və onun 2 cangüdəni partlayışda ölüb.

Polisin məlumatına görə onların maşını Təhrir əyalətinin Eskaşem rayonunda minaya düşüb.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.