Kainat düşünüldüyündən daha yaşlı imiş

Alimlərin yeni ehtimalına görə, kainatın yaşı əvvəl düşünüləndən çoxdur. Kainatdakı radiasiya qalığını daha dəqiq araşdıranda bu nəticəyə gəlmək olur ki, Böyük Partlayış 13 milyard 800 milyon il qabaq baş verib.

Bu, əvvəlkindən 100 milyon il çoxdur.

Təhlil üçün yeni göstəricilər Avropa Kosmik Agentliyinin Plank kosmik raketindən alınıb. Bu raket Kainat yarananda meydana çıxmış radiasiyanın indiki izlərini öyrənir.