R. Morningstar: «Qarabağ probleminin həlli üçün səylərimizi artırmalıyıq»

Richard Morningstar

-
APA-nın Şimal bürosunun məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfəri Richard Morningstar Qubaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Səfir ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün əlindən gələni edəcəyini bildirib:

«Bu münaqişənin necə məyusedici və mürəkkəb olduğunu bilirəm. Belə olmasaydı, münaqişənin həlli 20 il vaxt aparmazdı. Biz bu istiqamətdə öz səylərimizi artırmalıyıq. Mən bilirəm ki, siyasi mövqeyindən, yaşından və digər göstəricilərindən asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı üçün əhəmiyyətlidir və ağrılıdır. Mən və Minsk Qrupunun amerikalı həmsədri Azərbaycan rəsmiləri ilə münaqişənin həllində irəliləyişə nail olmaq üçün yeni ideyaların ortaya qoyulması istiqamətində birgə işimizi davam etdirəcəyik».