Polşada Smolensk ətrafında həlak olanların xatirəsi anılır

Foto arxiv

Polşa hökuməti və müxalifət partiyaları mərhum prezident Lech Kaczyńskinin təyyarəsinin Smolensk ətrafında qəzaya düşməsinin ildönümü ilə bağlı ayrıca iki matəm mərasimi keçiriblər.

3 il bundan əvvəl qəzaya uğramış Tu-154 təyyarəsində 95 nəfər olub.

Baş nazir Donalt Tusk Varşavadakı hərbi qəbristanlıqda keçirilən mərasimdə iştirak edib.

Müxalifət liderləri ilə mərhum prezidentin qardaşı Jaroslaw Kaczynski isə prezident sarayında keçirilən mərasimdə iştirak ediblər.

Polşa və Rusiya mütəxəssislərinin gəldiyi nəticəyə gərə qəzaya səbəb pilotun səhvi olub.