Sahilə İbrahimova Hindistan təəssüratlarını "Oxu zalı" üçün yazır.
-
..Səfirimiz Hindistanla bağlı təəssüratlarımı bölüşməyimi istəyəndə ona Tac Mahalın belə səfil insanların fonunda mənə əzəmətli görünmədiyini bildirdim.
Özünəməxsus yumorla dünyada əbədi sevginin ən möhtəşəm abidəsi sayılan Tac Mahal da sənə əzəmətli görünmədisə, işin çətindi dedi...
Sahilə İbrahimova
MƏNİM GÖRDÜYÜM HİNDİSTAN, DÜŞÜNDÜYÜM AZƏRBAYCAN...
Bu yazını yazmaqla özümə qoyduğum köşə qadağasını pozmuş oluram.
Köşə biznesi inkişaf edənə qədər özüm üçün hər tədarükü görmüşəm ki, buna möhtac qalmayım.
Köşə deyəndə ağlıma bir küncə çəkilib sakit-sakit fikir bildirmək gəlsə də, adıçəkilən janr müəllifləri qıraqda durmağı bacarmır çox zaman, kimisə ittiham etmək, qınamaq, yazıdan qışqırmaq, hədələmək, şantaj belə etmək məcburiyyəti qarşısında qalırlar.
Haqlı, ya haqsız, zəlzələdən, ya vəlvələdən...
Təkəbbürlü oxunsa da, mən bu məcburiyyətdən özümü xilas etdiyim üçün məmnunam. Arada bədii ədəbiyyata yaraşmayan, yaxasında zövqsüz broş kimi duran fikirlərimi isə sosial şəbəkələrdə paylaşmaqla informasiya yükündən azad oluram.
Son səfərimin də üstündən beləcə mətbu səssizliklə keçəcəyimə ümid edərək
anılmışam. Tanış saytlardan gələn, təəssüratlarını bölüş deyən təkliflərə bu dəfə tərəddüdlə yox dediyimin fərqində olsam da, istəyimin nazı ilə oynamadım, “keçəcək” dedim. Lakin budur,
Hindistanla bağlı təəssüratlarımı bölüşməkdən özümü saxlaya bilmədim
Səfərim haqqında öyrənənlərin xəbərdarlığını iki qrupda toplamaq olar. Birinci qrup infeksion xəstəliklərə qarşı peyvənd vurdurmalı olduğumu, ikinci qrup isə son dövrlər dünya mətbuatında geniş işıqlandırılan Hindistanda zorlama hadisələrinə eyham vuraraq təhlükəli səfərə çıxdığımı bildirirdi.
Hətta ikinci qrupa daxil olanlar arasında əcnəbilər də tapıldı.
Bizi Dohadan Dehliyə aparan təyyarədə dostlaşdığım fransız ər-arvad “burda cavan qıza tək gəzmək olmaz. Biz səni otelinə apararıq” deyəndə soyuq avropalı özündən başqasının qeydinə qalmaz deyiminin yanlış olduğunu düşünüb sevinsəm də, (heç nə məni yaxşı insanla rastlaşmaq qədər xoşbəxt edə bilmir) sözlərini ciddiyə almadım.
İzah etdim ki, iyirmi nəfərlik qruplayam, biletim gec alındığından yerim onlardan uzaq düşüb.
Məsləhət sahiblərinə yalançı təsdiq təbəssümü ilə cavab verə-verə, dediklərini dərhal qulaqardına vura-vura Hindistan hava limanına çatdım.
Və elə ordaca
Hindistana məxsus spesifik qoxu burnumuza dolan kimi
sanki kimsə bütün məsləhətləri və xəbərdarlıqları yenidən qulağıma pıçıldadı.
İti baxışlarını əcnəbilərə tuşlayan, bəlli insan qəlibindən çıxmış kimi bir-birinə bənzəyən arıq, balacaboy hind oğlanları nədənsə məni qorxutdu və daha ətrafda gəzişməklə qızları qorumağa görəvlənən birgə getdiyim adamların, səfirliyimizin, Hindistan Gənclər və İdman nazirliyinin əməkdaşlarının işini çətinə salmadım.
Hava limanından otelə gedərkən yuxulu gözlərlə seyr edə bildiyim Dehli gecəsi sakit və ədəbli idi. Görməyə hazırlaşdığım zibillə dolu küçələr gözə dəymirdi. Əvəzində gözümə tanış olmayan güllər, qeyri-adi ağaclar bir-birini əvəzləyir, Dehli iri, qəşəng dibçəyi xatırladırdı.
Sonralar hər yerdə bizi müşayiət edəcək təbəssümlü hind üzünü ilk dəfə otelə girhagirdə gördüm.
Hava limanında bizi qarşılayan nazirlik işçilərini, qonaqların boynuna çələng asan, xal qoyub düyü yapışdıran qız və oğlanları, otelin işçi heyətini təbəssümlü hind insanı sırasına daxil etməyə tələsmirəm.
Təbəssüm etmək, yaxşı adam olmaq kiminsə vəzifə öhdəliyi olanda mən belə insanların insanlığını daha çox çək-çevir edirəm. Mənə mənfəətsiz ilk təbəssüm edən isə otelin girəcəyində yatan dilənçi qoca oldu. Gecənin yarısı oyanıb ilk gördüyü adama saf-saf gülümsəmək hər kəsin bacaracağı iş deyil.
Sonralar bu üzlərdən çox gördüm. Təmənnasız, yazıq, kədərə bulaşmış sevinclərlə girlənən hind xalqı mənim getdiyim şəhərlərə - Dehliyə, Aqraya, Caypura səliqəsiz şəkildə səpələnmişdi.
Tarixi yerlərdə bir az ağ dərili adam görəndə, tanınmayan Bollivud aktrisası saydığından şəkil çəkdirmək üçün növbəyə düzüləndə hindlilərin üzündən təbəssüm əksik olmurdu.
Və rastlaşdığım adamlar necə də Qandini xatırladırdı.
Hindistanda hər şey, hər kəs mənə Qandini xatırladırdı:
- Uşağının şəklini çəkməyə hazırlaşanda valideynlərin fərəhli üzləri (çoxluğun içindən seçilmək xoşbəxtliyini hər kəs yaşamaq istəyir. Və bəlkə onlar öz adidən də adi həyatları ilə daha heç vaxt nədəsə seçilməyəcəkdi.)
- Çirkli dırnaqların pərçimləndiyi, hər tərəfindən sümük qabaran səfil insan ayaqları
- Müxtəlif təriqət üzvlərinin əcaib geyim və saç düzümləri
- Məscidlərin həyətində, küçələrdə yatan dərisi sümüyünə bərk-bərk yapışmış dilənçi qocalar
- Nə isə satmağa çalışan, polis gələndə dili-dodağı əsən azyaşlı qızlar, oğlanlar
- Üzərində balaca maşınların, velosiped, motosiklet, dəvə, inək, bəzən hətta filin birgə irəlilədiyi yollar
- Motosikletinin arxasına laptopunu yerləşdirib harasa tələsən gənclər. Küləklə rəqs edən rəngbərəng sarilər...
- Tez-tez gözə dəyən əli avtomatlı polislər
- Qonaqlar üçün ehmalca bəzənib rəqs edən hind qızları
- Amerika təhsilli professorlar, “təhsilinizdə rüşvət varmı?” sualına təəccüblənən tələbələr, sarısaçlı qadın görəndə kişilərlə bərabər özünü itirən inəklər, küçənin ortasındaca şalvarını çəkib təbii ehtiyacını ödəyənlər, açıq havada dəlləklik edənlər...
Hindistan rəngli ölkədir, orda göz daha öncə görmədiklərini görür, beyin düşünmədiyini düşünür. Lakin heç nə və heç kim ordakı səfil qız uşaqlarının üzü qədər təfərrüatı ilə yadımda qalmadı.
Səfirimiz Hindistanla bağlı təəssüratlarımı bölüşməyimi istəyəndə ona Tac Mahalın belə səfil insanların fonunda mənə əzəmətli görünmədiyini bildirdim.
Özünəməxsus yumorla dünyada əbədi sevginin ən möhtəşəm abidəsi sayılan Tac Mahal da sənə əzəmətli görünmədisə, işin çətindi dedi.
Səfirimiz və işçiləri ciddi-cəhdlə Hindistanı bizə sevdirməyə çalışırdı. Hər fürsətdə onun İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki uğurlarını, pul və insan ehtiyatını önə çəkərək gücünü vurğulamağı özlərinə borc bilirdilər.
Lakin bu, heç nəyi dəyişmədi.
Hindistanla bağlı yadımda qalan ən dolğun səhnə dilənçi uşaqlarla bağlı oldu
Avtobusun altına toplaşan uşaqlar əlləri ilə müxtəlif hərəkətlər edib ac olduqlarını, pul istədiklərini bildirdilər.
Qarşı tərəfdə mərhəmət hissi oyatmağa hesablanan əl-qol hərəkətlərinin saxtalığını bilsəm də, aldanmaq istədim. Uşaqların hiyləsi belə safdı.
50 rupi ilə aşağı düşməyə hazırlaşsam da, alınmadı. Avtobus tərpənənə qədər sayı durmadan artan dilənçi uşaqlar ara vermədən işarə edib pul istəyir, körpə barmaqları ilə ac qarınlarını göstərirdilər. Avtobus tərpənəndə isə gözlədiyim kimi laqeydcəsinə uzaqlaşmadılar, hava öpüşləri göndərdilər, vidalaşmaq üçün əl yellədilər. O an öyrəndikləri hər şey yaddan çıxmış, uşaq xislətləri qabarmışdı. O an onlar sadəcə uşaq idilər, insani münasibətdən yumşalıb öz yaşlarına geri dönmüşdülər.
Bütün dünyada mövcud olan azyaşlı uşaqların cinsi istismarı faciəsi Hindistanda daha geniş yayılıb. Uşaqlar, yeniyetmə qızlar evlərdə, məktəblərdə, yetimxanalarda daha tez-tez toplu cinsi təcavüzə məruz qalır, dünyasını dəyişir. Və
Hind polisi çox zaman özünü məhz Bollivud kinolarındakı kimi aparır
Patriarxal hind cəmiyyətində qadın və uşaqlarla bağlı lazımı yazılı qanunlar olsa da, qurbanlar çox zaman onlardan yararlana bilmir.
Dayı və əmilərlə, xalaoğlu, bibioğlularla ortaq ev bölüşən ailələrdə cinsi istismar hallarına daha tez-tez rast gəlinsə də, onlardan polisə müraciət nadir hallarda gəlir.
Dəhşətdən xəbər tutan ailə ağsaqqalları biabırçılığı ört-basdır etmək üçün faktı gizlətməyə çalışır.
Səfər boyu Qandini xatırlamağımın bir səbəbi də özümlə qeyri-zorakı yolla inqilabın mümkün olub-olmaması mübahisəsini etməyim idi.
Etiraf edim ki, mən hər zaman sözün şişirdilmiş gücü ilə razılaşmıram.
Çox vaxt yazdığım və oxuduğum sözlər mənə fərsiz və bacarıqsız görünür.
Əldə olan maddi varların daha qüdrətli olduğunu düşünürəm.
Lakin azadlığı Qandiyə, Qandini Hindistana məhz Tolstoy sevdirmişdi. Qandi Cənubi Afrikada Tolstoyun yazısı ilə tanış olandan sonra təfəkkür inqilabı etməyə cəsarət tapmışdı.
Bunu xatırlamağım sözün, yazıçılığın gücündən xəbər verib məni faydalı işlə məşqul olduğuma qismən inandıra bildi.
Bu yazını da məhz bu səbəbdən - acizlikdən, yoxluqdan yazdım
İndi oxuyacağınız abzası isə xarici dərdlərdən yazanda “burda problem yoxdu? Dağa-daşa niyə düşmüsüz?” deyənlərə həsr edirəm. Yamaq kimi görünsə, üzrlü sayın, Allah bilir bir də nə vaxt köşə yazdım.
Yazının cinsi istismarla bağlı hissəsinin bəzi yerlərində Hindistan sözünü Azərbaycanla əvəzləmək mümkündür.
Abrına bükülüb səsini çıxarmamaq bizdə də dərddi
Düzü, mən uzun müddət düşünmüşəm ki, eybi yaxaya taxmaq yaxşı iş deyil. Lakin görünür, açılmamış, çirki çıxmamış yara doğrudan əvvəlcə hərarəti artırır, sonra infeksiya qana keçib bədəni zəhərləyir və tezliklə qurbanını məhv edir.
Təəssüf hissi ilə etiraf etməliyik ki, bizdə də yaxın qohumlar tərəfindən cinsi istismara məruz qalmış azyaşlı uşaqların, qadınların sayı azalmır.
Və çox zaman eybimizi ört-basdır etməyə çalışmaqla cinayətkarın havadarına çevrilirik.
Hələ də Azərbaycan kişisi təcavüzə məruz qalmış qadını əxlaqsız, çirkaba bulaşmış sayır, hələ də analar ən fərsiz oğullarına belə bu cür qızları layiq bilmir.
Xarici dərddən yazanları qınayan dostlar, haqlısız, öz elimizə qayıdaq, məsələn, elə sən təcavüzə məruz qalmış qızı sevə, ona dayaq olub cinayətkarın ifşasına çalışa bilərsənmi?..