Arda Turan: «Azərbaycanda olmaq qürurvericidir» - [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Arda Turan: «Azərbaycanda olmaq qürurvericidir»

-
«Azərbaycan mənim də vətənimdir. Burda isti qarşılanmağıma sevinirəm. Biz bir millət iki dövlətik”. Bu sözləri İspaniyanın Atletico (Madrid) klubunda oynayan türkiyəli futbolçu Arda Turan mətbuat konfransında bildirib.
Atletico aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda Bakı futbol klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Atletico-nun baş məşqçisi Diego Simeone isə bildirib ki, yoldaşlıq görüşü olmasına baxmayaraq, onlar əsl oyun nümayiş etdirəcəklər.
Türkiyə mətbuatı isə yazıb ki, Atletico komandasının nümayəndə heyəti Azərbaycan prezidenti ilə görüşüb. Arda Turanın dövlət başçısına arxasında “İlham Aliyev” yazılmış 10 nömrəli Atletico forması hədiyyə etdiyi bildirilir.
Aprelin 29-da Bakıya gələn Atletico futbolçuları şəhəri gəzməyə çıxıblar. Onlar Şəhidlər Xiyabanını, Bayraq Meydanı ziyarət ediblər.