Gürcüstan parlamenti abort qadağasını müzakirə edir

Gürcüstan parlamenti abortun qadağan olunması təklifinin müzakirəsinə başlayır. Bundan əvvəl Gürcüstanın patriarxı bildirdi ki, abort qanunsuz elan olunmalıdır.
Pasxa bayramı ilə bağlı müraciətində İİ İlya dedi ki, abort günahsız uşaqların öz anaları və həkimlər tərəfindən öldürülməsidir.

Parlamentin Səhiyyə komitəsinin sədri Khundadze isə hesab edir ki, abort tamamailə qadağan olunsa, bu, gizli abortların artmasına gətirəcək.